İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb

İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb

İranın Kirman əyalətində avtobusun aşması nəticəsində 14 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

“Kirman-Rəvar yolunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb”, - deyə məlumatda bildirilir.

Ümumilikdə avtobusda 43 sərnişin olub. Zərərçəkənlər xəstəxanaya aparılıb.