İndoneziyanın qərbində qayığın batması nəticəsində 11 nəfər itkin düşüb

İndoneziyanın qərbində qayığın batması nəticəsində 11 nəfər itkin düşüb

İndoneziyanın Qərbi Sumatra əyalətindəki Mentavay adaları yaxınlığında qayığın batması nəticəsində 11 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli xilasetmə agentliyi məlumat yayıb. Bildirilib ki, qəzanın başvermə səbəbi hava şəraitinin pis olmasıdır.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.