Fransada mağazada partlayış: 5 ölü var

Fransanın cənubundakı Sen-Loran-de-Salank şəhərində yaşayış binasının birinci mərtəbəsində yerləşən mağöazada partlayış baş verib.

Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Ölənlərdən ikisi azyaşlıdır.

Bundan başqa, biri ağır olmaqla, dörd nəfər xəsarət alıb. Partlayış baş verən binadan 25 nəfər təxliyə olunub.

Partlayışdan sonra başlayan yanğın binada 11 mənzilə ziyan vurub.