Fransada 7 nəfər istidən ölüb

Fransada 7 nəfər istidən ölüb

Fransada müşahidə edilən isti hava insan ölümünə səbəb olub.

AZƏRTAC xəbər verir ki, hökumətin sözçüsü Mod Brejon bildirib ki, artıq ölkədə istilərlə əlaqədar 7 ölüm hadisəsi qeydə alınıb.

O, əhalini isti hava şəraiti ilə bağlı ehtiyatlı olmağa çağırıb.

Mod Brejon bir sıra departamentlərdə meteoroloji xəbərdarlıq rejiminin qüvvədə olduğunu da xatırladıb.