Son günlər Türkiyənin müxtəlif bölgələrində dalbadal güclü zələzələlər qeydə alınır. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Egey dənizində 5,1 bal gücündə zəlzələ baş verib.
Kandilli Rəsədxanasından agentliyə verilən məlumata görə, Egey dənizində İzmirin Urla rayonu sahillərində 5,1 bal gücündə hiss edilən zəlzələnin episentri 3,97 kilometr dərinlikdə qeydə alınıb.
İzmir valisi Yavuz Səlim Köşger zəlzələdə ciddi dağıntı və tələfat olmadığını bildirib: “Urla sahillərində baş verən 5,1 bal gücündə zəlzələdə bu an üçün vilayətimizdə heç bir ciddi dağıntı baş verməyib”.