Çexiya prezidenti Peter Pavel həmvətənlərinə Yeni il müraciətində ölkənin vahid Avropa valyutasını qəbul etməsi üçün konkret addımlar atmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Novinky.cz” məlumat yayıb.
O, xatırladıb ki, ölkə 2004-cü ildə Avropa İttifaqına daxil olanda avro ilə ödənişlərə keçmək öhdəliyini “könüllü olaraq qəbul edib”.
“Bizim bu öhdəliyi (avronu qəbul etmək - Qeyd) həyata keçirməyə aparacaq konkret addımlar atmağa başlamağın vaxtı çatıb”, - prezident bildirib.