Cənubi Afrika Respublikasının (CAR) sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi elan edilib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 1,2 min nəfər əhalisi olan sahilyanı Arniston qəsəbəsindən 2,1 min kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunub. Dağıntı və tələfat barədə məlumat verilmir.