Böyük Britaniyanın Mersisayd qraflığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə yerli polisin saytında məlumat verilib.
Bildirilib ki, qadın "odlu silah yarasına uyğun olan" yaradan ölüb. Üç nəfər xəstəxanaya aparılıb.
Mersisayd hüquq-mühafizə orqanları qətllə bağlı araşdırmalara başlayıb.