Bosniya və Herseqovinada orta məktəbdə baş verən atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
yeniazerbaycan.com yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Sanski-Most şəhərində törədilib.
Hadisəni törədən şəxs məktəbin əməkdaşlarından biridir. Onun həbsi ilə bağlı hələlik məlumat yoxdur.
Məktəbin direktoru və katibinin də ölənlər arasında olduğu bildirilib.
Havar Şəfiyeva