Bayden geri çəkilmək planının olmadığını açıqlayıb

Bayden geri çəkilmək planının olmadığını açıqlayıb

ABŞ prezidenti Co Bayden Konqresə yazdığı məktubda prezident seçkilərindən geri çəkilmək fikrində olmadığını bildirib. yeniazərbaycan.com xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Məktubda o, keçmiş prezident Donald Trampı məğlub edə biləcək ən yaxşı namizəd olduğuna  inandığını bildirib.

Amerika lideri onu da yazıb ki, ABŞ Demokrat Partiyası diqqəti indiki seçki yarışına cəmləmək üçün onun başqa namizədlə əvəzlənməsi məsələsini bağlamalıdır.


Havar Şəfiyeva