Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti şəxsi heyət və silahlarla bağlı bir sıra problemlər səbəbindən sürətlə pisləşir.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen "Substack" -da bildirib.
“Ukraynada vəziyyət sürətlə pisləşir, çünki Ukrayna qüvvələri şəxsi heyət, texnika, döyüş sursatı, hava hücumundan müdafiə vasitələri, təyyarələr və bir çox başqa silah çatışmazlığından əziyyət çəkir”, - deyə politoloq etiraf edib.
Onun sözlərinə görə, elektrik enerjisi mənbələrinə xeyli ziyan dəydiyi ölkənin özündə vəziyyət pisləşir və əhali Ukrayna ordusu sıralarına sərt şəkildə cəlb olunmasından narazıdır.
Havar Şəfiyeva