AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib

Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.

O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.