Almaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər xəsarət alıb

Almaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər xəsarət alıb

Almaniyanın Saarland əyalətinin paytaxtı Saarbrüken şəhərində iki sərnişin avtobusu toqquşub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 30-dan çox insan xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var.

Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım helikopteri göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır.