Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

Ağ evdə ABŞ Prezident Donald Trumpla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə edilir və sonda minerallarla bağlı sazişin imzalayacağı gözlənilir.

Görüşün əvvəlində hər iki lider jurnalistlərin suallarını cavablandırıb. Tramp jurnalistlərin iki liderin bu gün saziş imzalayıb-imzalamayacağı ilə bağlı suallarına cavab verməyib.

Görüşdə vitse-prezident Ceyms Devid Vans da iştirak edir. Görüş başlayarkən tərəflər arasında gərgin müzakirə baş tutub.