ABŞ və Səudiyyə Ərəbistanı krallığa təhlükəsizlik zəmanəti verəcək və Qəzzada münaqişənin həllinə kömək edəcək müdafiə paktı hazırlayır. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Bloomberg anonim mənbələrə istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı krallığa təhlükəsizlik zəmanətləri verəcək və hökuməti Qəzza zolağında müharibəyə son qoyacağı təqdirdə İsraillə diplomatik əlaqələrə yol açacaq tarixi pakt bağlamağa yaxındır.
Agentliyin məlumatına görə, sazişin bir hissəsi kimi Səudiyyə Ərəbistanı əvvəllər əlçatmaz olan qabaqcıl Amerika silahlarına çıxış əldə edə biləcək və həmçinin ABŞ-dan dinc nüvə enerjisinin inkişafında yardım alacaq. Qeyd olunur ki, müqabilində Səudiyyə Ərəbistanı Çin texnologiyasının öz ölkəsinin şəbəkələrinə çıxışını məhdudlaşdırmalı olacaq.
Havar Şəfiyeva