ABŞ Məxfi Xidməti uzun müddətdir davam edən problem barədə məlumat verib

ABŞ Məxfi Xidməti uzun müddətdir davam edən problem barədə məlumat verib

Yüksək vəzifəli şəxsləri və prezidentliyə namizədləri qoruyan ABŞ Məxfi Xidməti uzun müddətdir ki, kadr və resurslar çatışmazlığı ilə üzləşib. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən yazır ki, bu barədə strukturun yüksək səviyyəli nümayəndəsi Metyu Noys bildirib.

"On ildən artıqdır ki, biz həm resurslar, həm də kadr çatışmazlığı ilə üzləşmişik" - deyə Noys bildirib. 

Havar Şəfiyeva