İsrail və radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqlar konstruktiv şəkildə və müsbət atmosferdə gedir. "Yeni Azərbaycan" Reuters - a istinadən xəbər verir ki, bu barədə ABŞ, Misir və Qətər nümayəndələrinin mətbuat konfransı zamanı birgə bəyanatında bildirilib.
“Bu gün Dohada Birləşmiş Ştatlar Qətər və Misirin dəstəyi ilə mayın 31-də ABŞ prezidenti Co Baydenin müəyyən etdiyi prinsiplərə və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə əsaslanan boşluqları azaldan təklifi hər iki tərəfə təqdim edib” - deyə birgə bəyanatda qeyd olunub.
Əlavə olaraq bildirilir ki, iki tərəf arasında danışıqlar tezliklə Qahirədə davam etdiriləcək.
Havar Şəfiyeva