ABŞ İranın cənubundakı hərbi obyektə zərbə endirib

ABŞ İranın cənubundakı hərbi obyektə zərbə endirib

ABŞ Hörmüz boğazında Amerika qüvvələri və kommersiya dəniz nəqliyyatı üçün təhlükə yaratdığına görə İranın cənubundakı hərbi obyektə yeni hava hücumları həyata keçirib.

AZƏRTAC-ın “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi açıqlama verib. Onun sözlərinə görə, ABŞ ordusu oxşar təhlükə yaradan bir neçə İran dronunu ələ keçirib və vurub.