ABŞ-da korrupsiya qalmaqalı

ABŞ-da korrupsiya qalmaqalı

“Euronews” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Narkotiklərlə mübarizə idarəsinin rəhbəri Mişel Leonhart idarə etdiyi təşkilatda korrupsiya qalmaqalı fonunda istefaya gedir. Leonhart istefasını rəsmən elan etməsə də, ABŞ-ın bir çox kütləvi informasiya vasitələri bu barədə yazılar dərc edir. Məlumata görə, onun yaxın günlərdə istefa verəcəyi gözlənilir.
Qeyd edilir ki, Narkotiklərlə mübarizə idarəsinin rəhbərinin gözlənilən istefasına ABŞ Ədliyyə Nazirliyinin yaydığı hesabat səbəb olub. Hesabata görə, idarənin əməkdaşları Kolumbiyada xidməti ezamiyyətdə olan zaman yerli narkokartellərin maliyyələşdirdiyi əyləncə gecələrində iştirak ediblər.