NATO-ya üzv olan 32 dövlətdən 28-i alyansın Baş katibi postuna Niderlandın hazırkı baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyir.
Bu barədə Niderlandın “NOS TV” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, bu məsələ alyans ölkələrinin xarici işlər nazirlərinin aprelin 4-dək davam edəcək Brüssel görüşündə aktiv müzakirə olunur.