ABŞ-da aralıq seçkiləri qüvvələr balansını necə dəyişdi?

ABŞ-da aralıq seçkiləri qüvvələr balansını necə dəyişdi?

Seçkilərin nəticələrini qəbul edən Donald Tramp demokratlarla əməkdaşlığa hazır olduğunu bəyan edib

Noyabrın 3-də ABŞ-da aralıq seçkiləri keçirilib. Seçkilər Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində Konqresdə qüvvələr balansının müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Amerikalılar Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda keçirilən seçkilərdə səs veriblər. Həmçinin, 36 ştatda qubernator seçkiləri keçirilib.

Demokratlar Senat və Nümayəndələr Palatasında üstünlük qazanıb

Seçki sisteminə əsasən, vətəndaşlar seçki günündən əvvəl də səs verə bilirlər və bu imkandan artıq 59 milyondan çox amerikalı istifadə edib. Erkən səsvermədə demokrat seçicilərin daha yüksək fəallığı müşahidə olunsa da, respublikaçılar məhz  seçki günü daha fəal iştirak ediblər.

ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir sıra üzvləri Konqresə aralıq seçkilərin nəticələrini Ağ Evin Şərq otağından izləyiblər. İlkin nəticələrə əsasən, Demokratlar Partiyasının Senatda artıq 100 yerdən 53-ü üzrə qalib gəldiyi təsdiqlənib.  Respublikaçılar isə 42 yer əldə ediblər.

Demokratlar Partiyası Senatdan sonra Konqresin Nümayəndələr Palatasında da çoxluğu təmin edib. İlkin nəticələrə əsasən, demokratlar 435 yerlik Nümayəndələr Palatasında çoxluq üçün tələb olunan 226 mandat həddinə çatıblar. Respublikaçılar isə 129 yer əldə edib. Beləliklə, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edərək qanunverici hakimiyyət üzərində nəzarəti respublikaçılardan alıb.

ABŞ tarixində ilk müsəlman senator

Qeyd edək ki, ABŞ Konqresi 435 üzvlü Nümayəndələr Palatasından və 100 üzvlü Senatdan ibarətdir. Nümayəndələr Palatasında çoxluq üçün ən azı 218, Senatda isə 51 yer tələb olunur.  “Associated Press” agentliyinin son məlumatlarına əsasən, demokratlar Texas, Şimali Karolina, Cənubi Karolina, Kanzas, Ayova və Ohayo ştatlarında respublikaçıların nəzarətində olan Senat yerlərini də qazanıblar. Onilliklər ərzində ilk dəfə olaraq Texas , Kanzas və Cənubi Karolina ştatlarında demokratlar qalib gəlib.

Miçiqan ştatından demokratların namizədi olan Əbdül Əl-Sayed Respublikaçı Mayk Rocersi məğlub edərək bu əyalətdən Senata seçilən ilk müsəlman olub. Onun qələbəsi müsəlman inancının əsas məsələyə çevrildiyi mübahisəli bir kampaniyadan sonra qazanılıb. Prezident Donald Tramp və digər Respublikaçılar Əl-Sayedi dini mənsubiyyəti ilə bağlı dəfələrlə tənqid ediblər.

ABŞ Prezidenti Donald Tramp isə Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib. Amerika lideri bu barədə “The New York Times” qəzetinə müsahibəsində deyib. “Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik”, - deyə, Tramp bildirib. O, həm də Respublikaçılar Partiyasının məğlubiyyətini öz adının seçki bülletenində yer almaması ilə izah edib: “Mənim adım seçki bülletenində yox idi. Əgər orada olsaydım, böyük fərqlə qalib gələrdik”.

Tramp: Demokratlar arasında çoxlu dostlarım var

Daha əvvəl ABŞ Prezidenti Konqresin hər iki palatasının demokratların nəzarətinə keçəcəyi təqdirdə onların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətində olduğunu bildirib. Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Bu, prezidentin ən güclü səlahiyyətlərindən biridir. Onlar absurd qanun layihələri göndərəcəklər, mən isə onlara veto qoyacağam. Bir neçə aydan sonra onlar soruşacaqlar: bu qərarların qəbul edilməsinə necə nail olaq? Və biz birlikdə işləyəcəyik”, - deyən Prezident, həmçinin artıq Demokratlar Partiyasının nümayəndələri, o cümlədən iki senator və Nümayəndələr Palatasının üç üzvü ilə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, daha üç demokrat onunla əlaqə saxlamaq imkanını gözləyir.

Tramp demokratlar arasında çoxlu dostunun olduğunu və onların dialoqda maraqlı olduqlarını söyləyib.  O, qeyd edib ki, Respublikaçılar Partiyasının aralıq seçkilərdəki uğursuzluğunun səbəbi İranla müharibə deyil, müharibə nəticəsində benzinin qiymətinin artması olub: “Məsələnin müharibədə yox, benzinin qiymətlərində olduğunu düşünürəm. İnsanlar İranla bağlı atdığım addımlarla razılaşırlar, lakin ehtimal ki, onlar benzin üçün daha çox pul ödəmək zərurəti şəklindəki qısamüddətli nəticələrə hazır deyildilər. Və mən bunu başa düşürəm”.

N.BAYRAMLI