"Vikipediya" yeni rekorda imza atıb

Bu günlərdə "Vikipediya"nın ingilis versiyası növbəti rekorda nail olub. İngilis dilində altı milyonuncu məqalə dərc edilib. Məqalə 19-cu əsr Kanadalı məktəb müəllimi, səyyah və fantastik əsərlər müəllifi Mariya Elize Tyorner Lauderə həsr edilib.

İnformasiyanın əlavə edilməsinin hazırki sürətində bəşəriyyətin bütün biliklərini rəqəmsallaşdırma vəzifəsini yerinə yetirmək üçün ən azı 20 il lazım olacaq.

Qeyd edək ki, "Vikipediya"nın banisi Jimmy Ueylsdir.