“Microsoft” şirkəti “Windows 11”i təkmilləşdirməyi vəd edir

“Windows 11” əməliyyat sistemi (ƏS) gələn ilin əvvəlində kompüterlərdə daha sürətli və daha yaxşı işləyəcək. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir vədi, “Microsoft” şirkəti rəsmi olaraq bəyan edib.

Tərtibatçılar hesab edirlər ki, növbəti böyük yeniliklər “Windows 11” ƏS-də problemlərin əksəriyyətini həll edə biləcək. Bunlara qrafik sürətləndiriciləri ilə uyğunluq, sistemin işə salınma sürəti və interfeysin miqyası daxildir. Bundan əlavə, “Microsoft” yeni nəsil əməliyyat sisteminin geniş tətbiqini sürətləndirməyi planlaşdırır.

Xatırladaq ki, yeni əməliyyat sistemi kompüterlər üçün oktyabrın 5-də əlçatan olub. “Windows 11” ƏS, yenilənmiş interfeys də daxil olmaqla, bir çox dəyişiklikləri özündə ehtiva edir.