iPhone 12 iPhone 11 ilə eyni olacaq

Apple şirkəti iPhone12 üzərində işləyir. “Yeni Azərbaycan” Macotakara saytına istinadən xəbər verir ki, iPhone 12  dizayn üslubu baxımından iPhone 11 ilə eyni olacaq. Tək fərq isə yeni iPhone-ların uzunluq və enlərindədir. Belə ki, yeni iPhone 6.7 düym ekran ilə iPhone 11 Pro Max-dan daha uzun olacaq. Yeni modellərin bu ilin sonlarında təqdim edilməsi gözlənilir.