"Yeni Filarmoniya" orkestri beynəlxalq festivalda iştirak edəcək

İyulun 31-dən avqustun 2-dək İtaliyanın Montekatini şəhərində “Toscana Music” festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, İsveçrənin “Art Mentor Foundation Lucerne” Mədəniyyət Fondunun dəstəyilə, Fuad İbrahimovun rəhbərlik etdiyi “Yeni Filarmoniya” Azərbaycan Gənclər orkestri də festivalda iştirak edəcək. Azərbaycanla yanaşı, festivalda Almaniya, çexiya, Estoniya, İspaniya, Portuqaliya, Bolqarıstan və İsrail də musiqi kollektivləri ilə təmsil olunacaq.
Festivalda “Yeni Filarmoniya” Azərbaycan Gənclər orkestrinin ifasında klassiklərin əsərləri - Mendelsonun skripka konserti (solist - gənc skripkaçı Anar İbrahimov), P.İ.çaykovskinin beşinci simfoniyası və Qara Qarayevin “Don Kixot” simfonik qravürləri səsləndiriləcək. Xatırladaq ki, “Yeni Filarmoniya” Gənclər orkestrinin ilk çıxışı ötən il Berlində keçirilən beynəlxalq festival çərçivəsində olub.