Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 60 illiyi ilə bağlı “Salnamə” sənədli filmlər studiyasının ekranlaşdırdığı “Zəlimxan” tammetrajlı sənədli filminin qədim Səmərqənd şəhərində çəkilişləri başa çatıb. çəkilişlərdən sonra şair Daşkənddə yaşayan soydaşlarımızla görüşüb.
Azərbaycanın özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev yubilyarı 60 illiyi münasibətilə təbrik edib, Daşkənddəki Azərbaycan diasporunun fəaliyyətindən danışıb. Z.Yaqub isə bu vaxta kimi filmin müxtəlif ölkələrdə aparılan çəkilişlərindən söhbət açıb. Daha sonra şair, Azərbaycanda ədəbiyyat, incəsənət, mədəniyyətin inkişafına dövlət qayğısından danışaraq, ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan söhbət açıb.