İyulun 5-də Bakının “Qoşa Qala” qapısı yaxınlığındakı meydanda konsert proqramı təşkil olunacaq. Vahid Poeziya Evinin direktoru Fikrət Urucəliyevin məlumatına görə konsert Mədəniyyət və Turizm İdarəsi, Vahid Poeziya Evi və “İçərişəhər” Dövlət Memarlıq Qoruğu tərəfindən keçirilir.
Qeyd edək ki, “Meydan bazarı” adlanan konsertdə müxtəlif sənət və əl işlərinin, kitab və rəsmlərin sərgi- satışı da təşkil olunacaq. Proqram saat 16:00-dan 20:00-dək davam edəcək.
Konsertin musiqi tərtibatı Vahid Poeziya Evinə aiddir. Burada tamaşaçılara köhnə Bakının ab-havası hiss etdiriləcək. Konsertdə nağaraçalanlardan ibarət ansambl, “Səma” rəqs qrupu, pəhləvanlardan ibarət “Zəngi” qrupu, “Bakı gecələri” musiqi festivalının mükafatçısı Cəlal Abbasov və meyxana ifaçıları iştirak edəcəklər.
Qeyd edək ki, silsilə konsertlərin 3 ay davam edəcəyi və yay fəsli boyunca keçiriləcəyi planlaşdırılır.