Xalq artisti Ramiz Quliyev İkinci Fəxri xiyabanda dəfn olunacaq

Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görkəmli sənətkar İkinci Fəxri xiyabanda dəfn olunacaq.