Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə Misir tarixi və mədəniyyətini əks etdirən sərgi təşkil edilib. Sərgidə miniatür heykəllər, fotolar və geyimlər nümayiş olunub.
Tədbirdə çıxış edən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı Misirin elmin və tibbin meydana çıxdığı ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. H.İsaxanlı bu ölkənin mədəniyyətinin dünyaya tanıdılmasının vacib olduğunu da vurğulayıb.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş isə sərginin min illərlə tarixi olan Misir mədəniyyətinin bir nümunəsini özündə əks etdirdiyini bildirib. Misirin təbliği ilə bağlı tədbirlərin davamlı olacağını deyən A.Dərviş gələn həftə Azərbaycanda Misir film həftəsinin başlayacağını diqqətə çatdırıb.