Avropa Stolüstü Tennis Birliyinin “2012-2020-ci illər Olimpiya layihəsinə” əsasən, avqustun 2-dən 9-dək Macarıstanın Kişkenfeledhaza şəhərində 1997-1998-ci il təvəllüdlü oğlan və qızlar üçün stolüstü tennis üzrə təlim-məşq toplanışı keçiriləcək. Tədbirdə Azərbaycanı məşqçi Mixayıl Timofeyevin başçılığı ilə 4 oyunçu - Emin Abdullayev, Məryəm İmanova, Hilal Həsənov və Sənan Əliyev təmsil edəcəklər. Macarıstan toplanışının nəticələrinə görə 10 ən yaxşı mini kadet dekabrda Almaniyada Avropanın ən güclü tennisçiləri ilə birgə təlim-məşqlərə qatılacaq.