Şahmatçılarımız Dünya Çempionatında iştirak edəcək

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində 8-18 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Dünya çempionatı keçiriləcək. Azərbaycanı mötəbər turnirdə 34 şahmatçı təmsil edəcək. Onların sırasında dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin mükafatçıları da yer alıblar.