Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət milli komandalar arasında 17-ci Avropa çempionatı start götürüb. Azərbaycan həm kişilərin, həm də qadınların yarışında təmsil olunur. Kişilərin mübarizəsinə 38 kollektiv qatılıb. Reytinqinə görə, çempionatın ikincisi sayılan yığmamızın püşkatmada bəxti gətirib. I turda şahmatçılarımız avstriyalı həmkarlarını sınağa çəkiblər.
Qadınların yarışında isə 28 komanda çıxış edir. Açılış turunda xanım idmançılarımız Fransa yığması ilə qüvvəsini sınayıb. Reytinqə əsasən, 20-ci yerdə qərarlaşan milli komandamız rəqibdən 14 pillə geri qalır. Qitə çempionatına oktyabrın 30-da yekun vurulacaq. Komandamızın heyətini təqdim edirik:
Kişilər
Teymur Rəcəbov (2757)
Vüqar Həşimov (2740)
Qədir Hüseynov (2667)
Şəhriyar Məmmədyarov (2721)
Rauf Məmmədov (2626)
Kapitan: Zurab Azmayparaşvili
Qadınlar
Zeynəb Məmmədyarova (2285)
Nərmin Kazımova (2228)
Türkan Məmmədyarova (2233)
Xəyalə İsgəndərova (2212)
Gülnar Məmmədova (2209)
Kapitan: Fikrət Sideifzadə