Dünən Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının qrup seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan və Rusiya yığma komandaları qarşılaşıblar. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun 13-cü dəqiqəsində Rusiya komandasının futbolçusu Andrey Arşavin hesabı açıb. İkinci hissənin 53-cü dəqiqəsində isə Vaqif Cavadov bərabərlik topunu vurub. Qonaqlar hətta hesabda irəli çıxmaq imkanı əldə etsələr də, 79-cu dəqiqədə Azərbaycan komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Kamran Ağayev ustalıqla dəf edib. Beləliklə, Azərbaycan yığması bu mövsümdə 5-ci xalını qazanmaqla, dünya çempionatının seçmə qrup mərhələsini 5-ci yerdə başa vurub.