Milli komandanın Lixtenşteyndə açıq məşqi olacaq

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Vaduts şəhərindəki “Reynpark” stadionunda Azərbaycan millisinin mətbuat üçün açıq məşqi olacaq. Məşqdən 20 dəqiqə əvvəl millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Xatırladaq ki, 2010-cu ildə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da “Reynpark” stadionunda millimiz Lixtenşteyn milli komandasıyla  qarşılaşacaq. Matçı çernoqoriyalı hakimlər -  Pavle Radovanoviç, Draqan Vuyoviç, Deyan Sakoviç və Yovan Kaludjeroviç idarə edəcək. Qeyd edək ki, əsas yığmamızın oyunlarına ilk dəfə çernoqoriyalı hakimlər təyinat alır. 34 yaşlı Radovanoviç 2008-ci ildən FİFA referisi dərəcəsini daşıyır. Lixtenşteyn - Azərbaycan görüşündə ehtiyat hakim funksiyasını yerinə yetirəcək 32 yaşlı Kaludjeroviç də ötən ildən FİFA hakimidir. 30 yaşlı Vuyoviçlə 40 yaşlı Sakoviç 2007-ci ildə FİFA hakim-köməkçisi dərəcəsini alıb.