Boksçularımızdan 11 medal

Azərbaycan yığma komandası Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşları şərəfinə təşkil edilmiş boks üzrə turnirdə 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Qızıl medalları Elvin Məmişzadə (48 kq), Elvin İsayev (54 kq), Hacəli Heybətullayev (60 kq) və Fərid Paşayev (91 kq-dan yuxarı) əldə ediblər. Turnirin gümüş mükafatçıları finalda E.Məmişzadəyə məğlub olan Araz İmaməliyev (48 kq), Tamerlan Abdullayev (64 kq) və Emil Əhmədov (69 kq) olublar. Bürünc mükafatlara Elnur Zeynalov (51 kq), Murad Ağamalıyev (69 kq), Toğrul Dəmirov (75 kq) və Teymur Məmmədov (81 kq) layiq görülüblər. Boks Federasiyasının baş katibi İsa Əsgərovun bildirdiyinə görə, komanda hesabında Azərbaycan yığması ikinci yeri tutub.