Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

“Sumqayıt” basketbol klubu heyətinə amerikalı oyunçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, komanda 24 yaşlı mərkəz oyunçusu Aleks Holt ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Basketbolçu ABŞ-də “Mercer” Universitetini bitirdikdən sonra peşəkar karyerasını Gürcüstanın “Telavi” klubunda davam etdirib. Holt bu komandanın heyətində orta hesabla 7,4 xal və 7 ribaundla yadda qalıb.