DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Rusiya oyununu rekord sayda azarkeş izləyib. 22 milyon Rusiya vətəndaşı Bakıda baş tutan duelə “Birinci kanal” vasitəsi ilə canlı baxıb. Rusiyalı həmkarlarımızın hesablamalarına görə, bu, başa çatan tsikldə rekord göstəricidir. Bunadək ən böyük auditoriyanı Rusiya - Portuqaliya matçı toplayıb - 17 milyon.
Qeyd edək ki, “Bakcell Arena”da keçirilən görüşdə Rusiya yığması millimizlə bərabərə qalaraq Dünya Çempionatına birbaşa vəsiqə qazanıb.