“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz müntəzəm mövsümün II turu çərçivəsində Türkiyədə “Trabzonspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

A qrupunda “Trabzonspor” və Litvanın “Ritas” komandaları 2, Fransanın “Nanter 92” klubu və “Sabah” isə 1 xala malikdir.

Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litva təmsilçisi “Ritas”a 73:82 hesabı ilə məğlub olub.