Qılıncoynadanlarımız beynəlxalq turnirdə birinci oldu
Azərbaycan qılıncoynadanları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qatılan həmvətənlərimizdən Səbinə Mikina qızıl, Sevil Bünyadova gümüş, Aidə Ələsgərova və Sevinc Bünyadova isə bürünc medal qazanıblar. İdmançılarımız bu nəticə ilə komanda yarışlarında birinci yeri tutublar. Türkiyə ikinci, Gürcüstan isə üçüncü olub. Kişilərin mübarizəsində Samir Məmmədov gümüş medalla kifayətlənib. Qızıl medala türkiyəli Ərdoğan Qızıldar, bürünc medala isə gürcü Beka Bazadze sahib çıxıb.