"Neftçi"-"Qarabağ" oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXIII tur oyunlarının keçirilmə yeri və vaxtı müəyyənləşib. Həftəsonu keçiriləcək qarşılaşmalardan ikisinin vaxtı dəyişdirilib. Aprelin 25-də “Standard”ı qəbul edəcək “Simurq”un bu dəfəki ev oyunu da gec başlayacaq. Belə ki, komandalar meydana saat 20:00-da çıxacaq. Əzəli rəqiblər “Neftçi” və “Qarabağ”ın ertəsi gün keçiriləcək görüşü isə digər oyunlardan üç saat sonra başlayacaq. Turun təqvimi belədir:
25 aprel
16:00. “İnter” - “Xəzər-Lənkəran”
“Şəfa” stadionu
16:00. “Muğan” - “Bakılı”
Salyan şəhər stadionu
20:00. “Simurq” - “Standard”
Zaqatala şəhəri “Simurq” stadionu
26 aprel
16:00. MOİK - “Karvan”
“Şəfa” stadionu
16:00. “Turan” - “Olimpik”
Tovuz şəhər stadionu
16:00. “Qəbələ” - “Bakı”
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” - “Qarabağ”
T.Bəhramov adına Respublika Stadionu