Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var

Türkiyənin Kastamonu şəhərində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə şəhərin valisi Meftun Dallı məlumat verib.

O qeyd edib ki, hadisə nəticəsində 33 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün durumunun ağır olduğu bildirilib.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.