Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Tovuz rayonu ərazisində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda 7 yaşayış evindən, ümumilikdə, 5 min manatdan çox pul və qızıl-zinət əşyaları oğurlanıb.

Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 48 yaşlı Rauf Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.