Münhendə partlayış baş verib

Almaniyanın Münhen şəhərində partlayış qeydə alınıb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Münhen şəhərində yerləşən “Deutsche Bahn” dəmir yolu şirkətinin tikinti sahəsində baş verib.

İlkin məlumata görə, İkinci Dünya müharibəsi zamanından qalan aviabomba partladılıb. Partlayış bir neçə kilometr radiusda eşidilib, ərazidə qatarların hərəkəti dayandırılıb.