Şirvanda 19 yaşlı gənc binanın 5-ci mərtəbəsindən yıxıldı

Şirvanda 19 yaşlı qadın binanın 5-ci mərtəbəsindən yıxılıb.

Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində yerləşən beşmərtəbəli binada baş verib. Fatma adlı 19 yaşlı qadın binanın 5-ci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan qadın Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.