Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun 11-ci kilometrliyində, Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota Prado” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.