İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Basqal kəndi ərazisində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, 1966-cı il təvəllüdlü Rəfad Cəbrayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.