Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.
“Report” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.
Nəticədə Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Yaralı hərbi qulluqçular xəstəxanaya yerləşdirilib.