Burundi həbsxanasında yanğın 38 nəfərin həyatına son qoyub

Burundinin paytaxtı Giteqa şəhərində həbsxanada baş verən yanğında çox sayda məhkum həlak olub. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfər yaralanıb.

Qeyd olunur ki, azı min məhbusun saxlandığı həbsxanada yanğın səhər saat 4 radələrində baş verib. Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, binanı tərk etmək məcburiyyətində qalıblar.

Həbsxanaya gedən yollar polis və hərbçilər tərəfindən bağlanıb.