Beş qeyri-iş günündə respublikanın avtomobil yollarında ölümlə və xəsarətlə nəticələnən 47 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, maneəyə vurma nəticəsində 3 nəfər, toqquşma nəticəsində 1 nəfər, piyada vurma nəticəsində 3 nəfər, aşma nəticəsində isə 5 nəfər həyatını itirib.