Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib.
Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.